Bir müddət əvvəl fəaliyyətimi dayandırdığım üçün VÖEN-i bağlatdırmışam. Onu yenidən necə aktivləşdirə bilərəm?
Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz 29% artırılır
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, fiziki şəxs fəaliyyətini aktivləşdirmək üçün vergi orqanına müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı və ya “Fiziki şəxsin fəaliyyətinin bərpası” arayışını təqdim etməlidir.
Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə daha ətraflı Dövlət Vergi Xidmətinin internet səhifəsinin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə istifadəçi təlimatı vasitəsilə tanış ola bilərsiniz.
Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası: https://www.taxes.gov.az/az/page/elektron-xidmetler