Bundan sonra vətəndaşların xaricdən Azərbaycana şəxsi istifadə üçün gətirdiyi qızıl məmulatları və brilyantdan vergi tutulacaq.
Eləcə də bax: 20 qram qızılın v 0,5 karat almazın aksiz ödəmədən idxalı güzəşti - Ləğv Edilir
FED.az xəbər evrir ki, bu barədə Vergi Məcəlləsinə dəyişiklik edilir.
Məcəllədə qızıl məmulatları ilə bağlı iki ciddi yenilik var.
Bunlardan birincisi, xaricdən vətəndaşların gətirdiyi qızıl-brilyantın tam şəkildə vergiyə cəlb olunması, digəri isə zərgərlik məqsədilə ölkəyə gətirilən qızıl xammalınınvə avadanlıqların vergidən azad edilməsidir.
Məcəllənin 164-cü maddəsinə yeni bəndlər - 164.1.54 - 164.1.55-ci maddələr əlavə edilib.
164.1.54 maddəsinə görə, qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı - 2021-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad edilir.
164.1.55-ci maddəyə görə isə külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı vergidən azaddır.
Bu dəyişikliklər zərgənlərin işini asanlaşdıracaq. İndiyədək onlar xaricdən xammal şəklində ölkəyə gətirilən qızıl üçün vergilərin yüksək olduğunu və nəticədə ölkənin zərgərlik sənayesinin zərər gördüyünü bildirirdilər. Nəticədə, öokədə qızılın baha olduğnu görən vətəndaşlar onu xaricdən laha ucuz qiymətə almağa üstünlük verirdilər. İndi isə vəziyyət dəyişəcək.
Belə ki, Vergilər Məcəlləsinə, daha dəqiqi 188.1.1 maddəsinə edilən dəyişikliyə əsasən, bundan sonra fiziki şəxslərin xacdən gətirdiyi qızıl məmulatları və brilyantlar vergidən azad edilməyəcək. Bu maddədə vergidən azad olunan malların siyahısı göstərilib. İndi həmni siyahıdan «20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın» idxalı çıxarılıb. Yəni əvvəllər vətəndaşlar 20 qramadək qızılı vergisiz gətirə bilirdilərsə, bundan sonra ona görə vergi ödəniləcək.