2022-ci il ərzində müxtəlif fəaliyyət sahələri üzrə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 170 vergiödəyicisində 317 nəzarət tədbiri keçirilib, həmin tədbirlərin nəticəsi üzrə 413 nöqsan aşkar edilib.
Fondlara bağışlanan əmlaklar üzrə vergi güzəştləri verilib - VİDEO
Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, keçirilmiş operativ vergi nəzarəti tədbirlərində vergiödəyicilərinə ümumilikdə 2,7 milyon manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
Vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində 2,4 milyon manat vəsait dövlət büdcəsinə ödətdirilib.