2019-cu ildə Vergilər Nazirliyinin büdcədənkənar fonduna daxilolmalar 183 milyon 238,857 min manat təşkil edib.
Eləcə də bax: Vergilər Nazirliyi: “Pozuntu haqqında məlumat versinlər - ADLARINI AÇIQLAMAYACAYIQ”
FED.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
II yarımillikdə büdcədənkənar fonda 123 milyon 994,055 min manat daxil olub.
2019-cu ildə fonda daxil olmuş vəsaitlərin ümumi həcmindən 182 milyon 101,105 min manat xərclənib.
Hesabat dövründə vəsaitlərin böyük hissəsi – 38 milyon 447,52 min manat ştatda olan işçilərin əməkhaqqının ödənilməsinə yönəldilib.
Bundan başqa, 7 milyon 376,739 min manat Vergilər Nazirliyinin ştatdankənar əməkdaşlarının əməkhaqqının ödənilməsinə, 11 milyon 620,929 min manat məcburi sosial sığorta ödənişlərinə, 4 milyon 505,733 min manat dəftərxana və təsərrüfat xərclərinə, 92 milyon 910,376 min manat qeyri-yaşayış binalarının tikintisinə, 6 milyon 218,513 min manat istehsalatda istifadə olunmayan qeyri-maddi aktivlərə, qalanı digər məqsədlərə yönəldilib.
2020-ci il yanvarın 1-nə fondun qalıq vəsaitləri 1 milyon 137,752 min manat təşkil edir.
İnterfaks