Vergilər Nazirliyi ölkənin vergi ödəyicilərini daha çox elektron xidmətlərdən istifadə etməyə, yalnız ən zəruri hallarda xidmət mərkəzlərinə müraciət etməyə çağırıb.
Eləcə də bax: Azərbaycanda banklar kredit kampaniyalarını - DAYANDIRIRLAR
FED.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin açıqlamasında bildirilir.
Nazirlikdən bildirilib ki, Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 13 mart 2020-ci il 13 mart tarixli tələblərini nəzərə alaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicilərindən xahiş edir ki, nazirliyin təqdim etdiyi elektron xidmətlərdən maksimum dərəcədə yararlansınlar və mart ayının 16-dan 19-dək vergi ödəyicilərinə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etsinlər.