11 yanvar bütün dünyada Beynəlxalq Təşəkkür Günü kimi qeyd olunur.
FED.az məlumat verir ki, Beynəlxalq Təşəkkür Günü ilə əlaqədar, Azərbaycanda ilk dəfə olaraq, Vergilər Nazirliyi sosial şəbəkələr vasitəsilə vergi ödəyicilərinə təşəkkür edib.
Eləcə də bax: "Bu il 103 mindən çox yeni vergi ödəyicisi - DÖVLƏT QEYDİYYATINA ALINIB"
Nazirliyin Media və kommunikasiya idarəsindən bildiriblər ki, vergi mühitinin sağlamlaşdırılması, vergi ödəyicilərinin hüquqlarının təmin olunması, vergitutma bazasının genişləndirilməsi və "kölgə iqtisadiyyatı"nın azaldılması istiqamətində atılan addımlar artıq öz bəhrəsini verir.
Ölkədə sahibkarlığın inkişafı məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklər vergi ödəyicilərinin vergi öhdəliklərini daha yaxşı yerinə yetirməsinə imkan yaradır. Bununla əlaqadər, vergi ödəyicilərinə öz öhdəliklərinə vicdanla yanaşdıqlarına görə təşəkkür edən nazirlik vergilərin vaxtında və dürüst ödənilməsinin ölkə iqtisadiyyatının daha da güclənməsinə xidmət etdiyini xatırladır.