İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı təkliflərinin, eləcə də qarşılaşdıqları çətinliklərin aradan qaldırılması istiqamətində təkliflərinin öyrənilməsi məqsədilə görüşləri davam etdirir.
Yanvarda ev və obyekt alanlara 3,4 milyon manatdan çox ƏDV qaytarılıb
FED.az bu barədə Vergi Xidmətinə istinadən xəbər verir.
Növbəti belə görüş "Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası” İctimai Birliyinin və Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin nümayəndələrinin iştirakı ilə keçirilib.
Görüşdə müvafiq sahədə fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı təklifləri dinlənilb, müzakirələr aparılıb.
Dövlət - biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün görüşlərin davamlı olacağı iştirakçıların diqqətinə çatdırılıb.