Azərbaycanda innovativ yeni nəsil “Asan İmza” şəxsi kabineti istifadəyə verilib.
Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, ən son dünya standartlarına uyğun yaradılmış “Asan İmza” şəxsi kabineti istifadəçinin vaxtına qənaət etmək və ən qısa müddətdə vacib onlayn əməliyyatların yerinə yetirilməsi üçün lazım olan virtual köməkçidir.
Müasir rəqəmsal köməkçi bütün qurğularda – həm kompüterlərdə, həm də planşet və smartfonlarda əlçatandır.
Şəxsi kabinetlərdə “Asan İmza” istifadəçilərinə FİN-ə bağlı “Asan İmza” nömrələrinin statusu və həmin nömrələrdə olan sertifikatlar barədə məlumat, qüvvədə olan sertifikatlılıq müddətinin uzadılması, istifadəçi İD-nin dəyişdirilməsi, müəssisə və təşkilat rəhbərləri üçün nəzərdə tutulan “icazələr”in idarə edilməsi, son 3 ay ərzində imzalanmış bütün tranzaksiyalar (PİN 2) ilə bağlı ətraflı məlumat və “Əlavə iş” və ya “Dövlət” tipli sertifikatlar üçün onlayn ərizə ilə müraciət kimi imkanlar təqdim edilib.