Hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Vergitutma” indikatoru üzrə tərtib edilmiş Yol Xəritəsi çərçivəsində fəal iş aparılır. İndiyədək həyata keçirilmiş tədbirlər həm qanunvericiliyin, həm də vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində olub.
Dövlət Xidməti vergidən yayınan şirkətlərin faktiki rəhbərlərini - AŞKAR EDƏCƏK
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov bildirib.
Qeyd olunub ki, layihə çərçivəsində ekoloji dayanıqlılığın dəstəklənməsi ilə bağlı vergi təşviqlərinin verilməsi davam etdirilib və bu məqsədilə Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Həmçinin, proseslər çərçivəsində Vergi Ombudsmanı aparatının yaradılması ilə bağlı müvafiq layihələr hazırlanıb. Yol Xəritəsinin icra vəziyyəti ilə bağlı məsələlər mütəmadi olaraq digər qurumlarla müştərək formada müzakirə edilir və birgə işlər həyata keçirilir. Ötən müddət ərzində Elektron Məhkəmə, lotereya təşkilatçıları və Dövlət Miqrasiya Xidməti ilə müvafiq inteqrasiya işləri aparılaraq yekunlaşdırılıb: “Vergi sistemlərinin səmərəliliyinin qiymətləndirilməsi 9 komponenti əhatə edən 3 əsas alt indikator üzrə aparılır. Bunlar vergi qaydalarının keyfiyyəti, vergi administrasiyası tərəfindən təmin edilən xidmətlər, vergi yükü və vergi sistemlərinin səmərəliliyi altindikatorlarıdır. Hər indikator üzrə ötən dövr ərzində müəyyən işlər həyata keçirilib”.
N.İmanov vurğulayıb ki, vergi qaydalarının keyfiyyəti alt indikatoru üzrə Dövlət Vergi Xidmətində “Biznes mühiti ilə bağlı rəy-münasibət əldə etməyə imkan verən onlayn sorğuların keçirilməsi” Qaydaları təsdiq edilib. Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində “Ən çox verilən suallar (FAQ)” bölməsi yaradılıb və burada müvafiq məlumatlar yerləşdirilib. Burada vergiödəyicilərinin fəaliyyəti ilə bağlı mövzular, o cümlədən tədiyyələr, vergiödəyicilərinin öhdəlikləri və s. barədə suallara dolğun cavablar hazırlanıb və bölmə davamlı olaraq yenilənir. Bu mexanizmlə işgüzar cəmiyyəti, biznesi maraqlandıran məsələlərlə bağlı təkliflərin alınması məqsədilə müvafiq sorğuların keçirilməsi nəzərdə tutulur.
Bundan başqa, vergi administrasiyası tərəfindən təmin edilən xidmətlər alt indikatoru üzrə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində “Statistika-Hesabat” bölməsi təkmilləşdirilib, eyni zamanda “Gələcək strategiyalar-planlar” altbölməsi yaradılıb. Burada DVX-nın fəaliyyətinə aid əsas strategiyalar barədə məlumatlar yerləşdirilib. Bununla yanaşı, DVX-nın əsas icraçı kimi müəyyən edildiyi tədbirlər üzrə görülmüş işlər barədə qısa məlumatların və ictimaiyyət üçün açıq olan iş planları DVX-nin rəsmi səhifəsində yerləşdirilib.
Ümumilikdə, vergi yükü və vergi sistemlərinin səmərəliliyi alt indikatoru üzrə biznes üçün vergi dərəcələrinin optimallaşdırılması və vergi qaydalarına əməl etmək üçün tələb olunan müddətin sadələşdirilməsi prosesləri nəzərdə tutulur.