Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun layihəsi göndərilib.
Dövlət büdcəsinə dəyişikliklər açıqlandı - RƏQƏMLƏR
Bu barədə FED.az-a Maliyyə Nazirliyindən bildirilib.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların məbləği 14 milyard 932 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 1 milyard 530 milyon manat və ya 11,4 faiz çoxdur.
Müvafiq olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 6 milyard 2,0 milyon manatı və ya 40,2 faizi neft sektorunun, 8 milyard 930 milyon manatı və ya 59,8 faizi isə qeyri-neft sektorunun payına düşəcəkdir.
Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft sektoru üzrə daxilolmalar 8 milyard 930,0 milyon manata çatdırılır ki, bu da cari il üçün təsdiq olunmuş göstəriciləri ilə müqayisədə 545 milyon manat və ya 6,5 faiz, 2022-ci ilin icra göstəricisi ilə müqayisədə isə 793,7 milyon manat və ya 9,8 faiz çoxdur.