İqtisadi artımın və şəffaflaşmanın davam etməsi şəraitində dövlət büdcəsinin vergi gəlirləri 2019-cu ilin əvvəli ilə müqayisədə 2,1 dəfədən çox artıb.
Vergi Xidməti: "ƏDV ödəyicilərinin sayı 52,8 min təşkil edir"
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” adlı Forumda deyib.
O bildirib ki, 2024-cü ildə vergi daxilolmalarının həcmi 15,8 milyard manatı keçib, Dövlət Vergi Xidmətinin xəttilə toplanan fiskal yığımlar isə 22.8 milyard manat olub.
"Bununla da DVX bütün fiskal yığımların 77 faizindən çoxunu təmin edən orqandır", - deyə Orxan Nəzərli vurğulayıb.