Fəaliyyətə başlayan bəzi restoran və kafelərdə ara məsafəsi gözlənilmir.
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı Araz Kərimov bildirib. Onun sözlərinə görə, bəzi obyektlərdə stollar qoyulmuş qaydalara uyğun yerləşdirilmir:
Eləcə də bax: Bakıdakı restoranlarda - Reydlər Başlandı - Fotolar
“Sahibkarlara müraciət edirik ki, onlar obyektlərini açmamışdan qabaq masaları qaydalara uyğun tənzimləsinlər. İstər obyekt sahibi, istərsə də orada işləyən digər şəxslər bütün məsələlərlə bağlı ciddi səy göstərməlidirlər. Bilirsiniz ki, ictimai iaşə obyektlərində virusa yoluxma daha yüksəkdir. Ona görə də, qoyulmuş qaydalar düzgün yerinə yetirilməlidir”. (Trend)