İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycanda şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyulmasını istəyir. Bu, “Harleys Store” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəridir.
Dövlət Xidməti vergidən yayınan şirkətlərin faktiki rəhbərlərini - AŞKAR EDƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, DVX-nin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi bununla bağlı 6 iyul 2023-cü il tarixinə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Müraciətə əsasən, vergi ödəyicisi olan “Harleys Store” MMC-nin direktorunun (icra orqanının rəhbərinin) Arsalan Alının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatı ilə bağlı kommersiya məhkəməsinə müraciət edib.
İşin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdan (xüsusi icraat) ibarətdir.
Onun ölkədən getməsinə məhdudiyyət qoyulub-qoyulmaması məsələsinə kommersiya məhkəməsi qərar verəcək.
“Harleys Store” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır. Şirkətin 05.07.2023-ci il tarixinə dövlətə 1011.07 manat vergi borcu olduğu göstərilir.