İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in (“Sabit qəbz”) verilməsi üzrə elektron xidməti təkmilləşdirərək istifadəyə verib.
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, elektron xidmətdən istifadənin asanlaşdırılması, eyni zamanda vergiödəyicilərinin məmnunluğunun artırılması məqsədilə müvafiq istifadəçi təlimatları hazırlanıb. Bu istifadəçi təlimatları “Sabit qəbz” əldə etməklə fəaliyyət göstərən vergiödəyiciləri, torpaq mülkiyyətçiləri və ailə kəndli təsərrüfatının başçıları tərəfindən onlayn (real) rejimdə qəbzin alınmasını nəzərdə tutur.
Təlimatlarla Dövlət Vergi Xidmətinin rəsmi saytında https://www.taxes.gov.az/az/page/telimatlar linki vasitəsilə tanış olmaq mümkündür.