Prezidenti İlham Əliyevin fərmanları ilə Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər təsdiq edilib.
Eləcə də bax: Prezident vergi güzəştləri ilə bağlı qərarı - TƏSDİQLƏDİ
Dövlət Vergi Xidmətindən FED.az-a verilən məlumata görə, bu dəyişikliklər koronavirus (COVID-19) pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur.
Dəyişikliklərə əsasən, vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı qanunvericilikdə müddəalar müəyyən edilib və ölkədə müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb.