Vergi orqanı rezident şəxslərin Azərbaycan Respublikasından kənarda əldə etdiyi gəlirlər haqda məlumatı əldə edə bilərmi?
Bank hesabından çıxarılan pul necə rəsmiləşməlidir? - SƏHV OLSA YÜKSƏK CƏRİMƏSİ VAR
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki,Azərbaycan Respublikası vergi və maliyyə məlumatlarının avtomatik mübadiləsinə dair bir çox ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrə qoşulub. Həmin sazişlər çərçivəsində vergi orqanları 100-dən artıq ölkə ilə vergi məqsədləri üçün məlumat mübadiləsi həyata keçirməkdədir.
Vergi ödəyicisi xarici ölkədəki gəlirləri haqda vergi orqanına məlumat təqdim etmədikdə, vergi orqanı beynəlxalq məlumat mübadiləsi vasitəsilə müvafiq məlumatları əldə edir. Bu zaman yayındırılmış vergi məbləği və əlavə faizlər hesablana, o cümlədən yayındırılmış vergi məbləğinin 50 faizi həcmində maliyyə sanksiyası tətbiq oluna bilər.