Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydası və şərtləri müəyyənləşəcək.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun tətbiqi barədə” imzaladığı fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini, vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.