Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun layihəsi Milli Məclisdə müzakirə olunur.
Azərbaycanın regionlarındakı hotellərin əmlak vergisi - 75% AZALDILIR
Azərbaycanda bu spirtli içkilərin aksiz vergisi - 20% ARTIRILIR
Mikro sahibkarlar üzrə vergi güzəşti ləğv edilir - 20 FAİZ VERGİ ÖDƏNİLƏCƏK
Azərbaycanda vergi ödəyicilərinə borcunu ödəmək üçün - VAXT VERİLƏCƏK
Yük daşıma ilə məşğul olan şəxslər üçün – VERGİLƏR ARTIRILIR – MƏCƏLLƏYƏ DƏYİŞİKLİK
FED.az xəbər verir ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, 2024-cü ildən icarəyə götürülmüş əsas vəsaitlərə çəkilən təmir xərcləri icarə müqaviləsi müddəti ərzində, lakin 5 ildən az olmayan müddətə illər üzrə mütənasib olaraq amortizasiya edilərək gəlirdən çıxılacaq:
“Bizcon Audit” MMC-nin direktor-auditoru Anar Bayramov bildirib:
"2024-cü ildən Vergi Məcəllənin 115.6-1-ci maddəsinə dəyişiklik nəzərdə tutulub. Qüvvədə olan mövcud qanunvericiliyə əsasən icarəçinin balansında uçota alınmayan icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən təmir xərcləri kapitallaşdırılır və təmir edilən həmin əsas vəsaitin amortizasiya norması tətbiq edilərək təmir xərci amortizasiya şəklində gəlirdən çıxılır. Dəyişikliyə əsasən icarəyə götürülmüş əsas vəsaitlərə çəkilən təmir xərcləri icarə müqaviləsi müddəti ərzində, lakin 5 ildən az olmayan müddətə illər üzrə mütənasib olaraq amortizasiya edilərək gəlirdən çıxılacaq. Məsələn, vergi ödəyicisi 10 il müddətinə icarəyə götürdüyü ofisə 10000 manat təmir xərci çəkib. Belə olan halda 10000 manat təmir xərci hər il üçün 1000 manat(10000 manat/10 il) olmaqla gəlirdən çıxılacaq. Əgər icarə müqaviləsinin müddəti 4 illikdirsə, o zaman 10000 manat təmir xərci hər il üçün 2500 manat(10000 manat/4 il) deyil, 2000 manat(10000 manat/5 il) olacaqdır.