FED.az satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmələri təqdim edir:
13.2.81. əmtəəsiz əməliyyat
Vergi Məcəlləsində 1 yanvar 2020-ci ildən sonra “Əmtəəsiz əməliyyat” və “Riskli vergi ödəyicisi” kimi yeni məfhumlardan istifadə edilir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat dedikdə, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar başa düşülür.
Maddədən göründüyü kimi “Əmtəəsiz əməliyyatlar” zamanı faktiki heç bir mal, iş, xidmət təqdim olunmur, hər şey kağız üzərində mövcud olur, ancaq haqsız yerə, qanunsuz mənfəət əldə olunur. Maddədən göründüyü kimi, əmtəəsiz əməliyyatdan həm mal, həm də iş (xidmət) təqdim olunması zamanı istifadə edilməsi riski var.
Mİsal 1. Tikinti materiallarının satışı ilə məşğul olan vergi ödəyicisi hər biri 50 manatdan olmaqla, 400 ədəd tikinti məhsulunun alınması məqsədilə qarşı tərəflə 20.000 manatlıq müqavilə bağlayıb. Vergi nəzarəti tədbirləri zamanı müəyyən olunur ki, “Satıcı” tərəfindən “Alıcı”ya malların təqdim olunması prosesi faktiki olaraq həyata keçirilməyib. Bu, artıq əmtəəsiz əməliyyat hesab olunacaq.
Mİsal 2. İctimai iaşə fəaliyyəti ilə məşğul olan restoran vergi ödəyicisi olmayan şəxslə 150 kq kartof və 50 kq ətin alınması məqsədilə 1000 manatlıq müqavilə imzalayıb. Vergi nəzarəti tədbirləri nəticəsində məlum olur ki, “Malların alış aktı” ilə rəsmiləşdirilən alqı-satqı prosesində malların təqdim olunması faktiki olaraq həyata keçirilməyib. Əməliyyatın bu cür rəsmiləşdirilməsi artıq əmtəəsiz əməliyyat hesab edilir.
Mİsal 3. Satış sahəsində fəaliyyət göstərən “A” MMC dizayn xidmətinin göstərilməsi üçün “B” MMC ilə 20 000 manatlıq xidmət müqaviləsi imzalayır. Müqavilənin şərtlərinə əsasən, “B” MMC reklamlar hazırlayaraq bilbordlarda yerləşdirəcək. Vergi nəzarəti tədbirləri zamanı müəyyən olunur ki, “B” MMC faktiki olaraq bu xidməti göstərməyib. Bu tip xidmət göstərilməsi də əmtəəsiz əməliyyat hesab ediləcək.
Qeyd edək ki, Vergi Məcəlləsində əmtəəsiz əməliyyatlarla bağlı müəyyən məhdudiyyətlər tətbiq edilir. Bunlar aşağıdakılardır:
- Əmtəəsiz əməliyyat üzrə faydalanan şəxsin üzərinə vergi öhdəliklərinin qoyulması həyata keçiriləcək (Maddə 78.4) ;
- Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilən sənədlər üzrə xərclərin nəzərə alınması fərqli hesablanacaq (Maddə 109.9);
- ƏDV-nin əvəzləşdiriməsinə məhdudlaşdırmalar tətbiq ediləcək (Maddə 175.11).
Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilən “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci maddəsinə əsasən, aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə həmin ödəyici riskli vergi ödəyicisi hesab olunur.
2021-ci ilin may ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]