Azərbaycanda Vergi Məcəlləsində edilməsi gözlənilən dəyişikliklərdən dövlət büdcəsinin 121,5 milyon manat qazanacağı, 79,5 milyon manat itirəcəyi, ümumilikdə büdcə daxilolmalarının 42 milyon manat artacağı gözlənilir.
Azərbaycanda vergi ödəməyənləri - BİABIR EDƏCƏKLƏR - YENİLİK
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
"Dəyişikliklər əsasən maliyyə, səhiyyə, kənd təsərrüfatı, turizm, nəqliyyat və digər sektorları əhatə edir. Onların əsas məqsədi biznesin yükünün optimallaşdırılması, sahibkarlıq subyektlərinin fəaliyyəti üzrə vergi güzəştlərinin hədəfli tətbiqi, "kölgə iqtisadiyyatı"nın daraldılması, vergi orqanlarında risk əsaslı nəzarət sisteminin qurulması, mikro sahibkarlıq subyektinin kiçik sahibkarlıq subyektinə keçidinin stiumullaşdırılması, sosial dəstək mexanizmləri vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılmasıdır", - deyə o qeyd edib.
"Vergi siyasəti mühüm iqtisadi tənzimləmə aləti rolunda çıxış edir. Biz dövlət olaraq iqtisadiyyatın böyüməsində, sahibkarların güclənməsində və dayanıqlı gəlirlər sisteminin formalaşmasında maraqlıyıq. Mikro sahibkarlıq kiçik sahibkarlığa, kiçik sahibkarlıq orta sahibkarlığa, orta sahibkarlıq isə iri sahibkarlığa çevrilərsə, bu, iqtisadiyyatda keyfiyyət dəyişikliklərini daha da artıra bilər", - deyə rəis əlavə edib. (Report)