Dövlət Vergi Xidməti prezident İlham Əliyevin təsdiqlədiyi və gələn ildən qüvvəyə minəcək Vergi Məcəlləsinə dəyişikliklərin detallarını açıqlayır.
Azərbaycanda idmançılardan - VERGİ TUTULMASI DƏYİŞDİRİLİR - VİDEO
FED.az xəbər verir ki, 2023-cü il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də ləğv prosesində olan kredit təşkilatlarının, yəni bankların və BOKT-ların vergi xərclərinin azaldılması ilə bağlıdır.
Belə ki, bu dfəki dəyişikliyə əsasən, müflis elan olunmuş banklar əmlak və torpaq vergilərindən azad ediləcək, onların vergi borclarına faizlər hesablanmayacaq. Eləcə də yeniliyə əsasən, bağlanan bankların vergi borcu ilə bağlı əmlakı siyahıya alınmayacaq.
Daha bir yenilik həmin bankların əmlaklarının satışı ilə bağlıdır. Yeniliyə əsasən ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin satılması, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin satışının ƏDV-dən azad edilməsi müddəti 2026-cı il yanvarın 1-dək uzadılır.
Vergi Xidmətinin bununla bağlı izahında bildirilir:
Məlum olduğu kimi, Vergi Məcəlləsinin tələblərinə əsasən, vergilər müəyyən edilmiş müddətdə ödənilmədikdə vergi ödəyicisinə ödəmə müddətindən sonrakı hər bir ютян эцн цчцен ötmüş gün üçün faizlərin hesablanması həyata keçirilir, habelə vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alınır.
Lakin Vergi Məcəlləsində müəssisənin ləğvetmə prosesində olduğu zaman onun vergilərin ödənilməsinin təxirə salınması və ya faizlərin hesablanmasının dayandırılması ilə bağlı hər hansı müddəa nəzərdə tutulmayıb.
Bu baxımdan, ləğv prosesində olan kredit təşkilatlarının vergi öhdəliklərinin yerinə yetirilməsi üzrə inzibatçılığın sadələşdirilməsi məqsədilə Vergi Məcəlləsinə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müflis elan olunmuş kredit təşkilatlarının ödəmə müddəti ötmüş vergi öhdəliklərinə faizlərin hesablanmasının dayandırılması və onların əmlakının siyahıya alınmaması ilə bağlı müddəalar daxil edilib.
Bununla yanaşı, kredit təşkilatının müflis olması prosesi zamanı əmlak və torpaq vergisinin hesablanmasının iqtisadi baxımdan səmərəsiz olduğu nəzərə alınaraq, kredit təşkilatları müflis elan olunması ilə bağlı məhkəmə qərarının qüvvəyə mindiyi aydan (ildən) etibarən əmlak və torpaq vergilərindən azad edilib.
Bundan əlavə, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirlərinin davam etdiyi nəzərə alınaraq, bu tədbirlər çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim olunmasının ƏDV-dən azad edilməsi ilə bağlı güzəştin müddəti daha 4 il müddətinə uzadılıb.