Dövlət Vergi Xidmətinin əməkdaşları kommersiya obyektlərində satıcıların və müştərilərin maskadan istifadə etməsi və sosial məsafə saxlamasına nəzarətə başlayıb.
Eləcə də bax: Vergi borcuna görə 5000 manatadək daşınar əmlakın satışı qaydası - MÜƏYYƏNLƏŞİR
Vergi Xidmətindən FED.az-a bildirilib ki, bu həftə 4914 obyektə nəzarət edilib 593 dəfə pozuntu aşkar edilib. Belə ki, 84 müştəri mağazaya maskasız daxil olub, 509 halda isə satıcılar maskasız olub.
Nəticədə vergi əməkdaşları İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, qaydaları pozan obyektlərə cərimə yazıblar.
Xatırladaq ki, Məcəllənin həmin maddəsinə əsasən, maskadan istifadə qaydalarının pozulmasına görə, fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər 600 manat cərimə edilir.
Bu hal bir il ərzində təkrralansa cərimələr iki qat artır, yəni fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimələnəcək.