Bu ilin ilk iki ayında vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 faiz artıb.
Eləcə də bax: Azərbaycanda vergi ödəyicilərinin sayı - 10% ARTIB
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
"2022-ci ilin yanvar-fevral aylarında vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 faiz artaraq 1 mlrd. 830,4 mln. manat təşkil edib və proqnoz 108,7 faiz səviyyəsində icra olunub", - nazir deyib. (Trend)