Vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən İqtisadiyyat Nazirliyinin hesabına daxil olan vəsaitin bir hissəsi YAŞAT Fonduna köçürülməsi təklif olunur.
FED.az xəbər verir ki, bu, Milli Məclisin plenar sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılacaq “Vergi Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişiklik vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən İqtisadiyyat Nazirliyinin hesabına daxil olan vəsaitin bir hissəsinin dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar, o cümlədən YAŞAT Fonduna köçürülməsi üçün hüquqi imkanların yaradılmasını özündə ehtiva edir. (APA)