“Azərbaycana uşaqlar üçün qida və geyimin idxalına tətbiq olunan əlavə dəyər vergisinin (ƏDV) azaldılması məsələsi gündəlikdə olan məsələ kimi dəfələrlə müzakirə olunub”.
Eləcə də bax: ƏDV bu malların ticarət əlavəsindən - HESABLANACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Mili Məclisin bu gün keçirilən plenar iclasında – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsində deyib.
“Biz əvvəllər də bununla bağlı məlumat vermişdik. Təəssüf ki, hələ ölkəyə bu məhsulların idxalı zamanı və sonrakı satışı zamanı məhsulların adbaad, növbənöv bütün kateriqoriyalar üzrə sənədləşməsinin uçotunu məsafədən izləmək imkanı yoxdur. Odur ki, qanunun verəcəyi imkanlardan sui-istifadə hallarının baş verməməsi üçün sahibkarların müvafiq infrastrukturunun qurulması işlərini yekunlaşdırmasını gözləyirik. Bundan sonra bu cür məhsullara xüsusi yanaşmanın tətbiqi müzakirə oluna bilər”, - deyə o qeyd edib.