"Cahan Tabak Beynəlxalq" MMC (Tütün Məmulatlarının İstehsalı və Satışı) 7 milyon 810 min 13 manat vergi borcu olduğu məlum olub.
FED.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Bu məbləğ bir gün əvvəlki tarixə aid olan göstəricidir.
Qeyd edək ki, şirkət 1 dekabr 2005-ci ildə yaradılıb və 50 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Amil Hüseynzadə Cabbar oğludur.
Hüquqi ünvanı Az7000, Naxçıvan Şəhəri Əcəmi Naxçıvani, ev.2, m.9 ünvanıdır.