Türkiyədə nağdsız ödənişlərdən istifadəyə nəzarət artırılır. Yeni qüvvəyə minən qaydalara görə, müxtəlif bəhanələrlə kartdan istifadə etməyən obyekt və sahibkarlara 200 min lirə cərimə kəsiləcək.
Azərbaycanda «Kartdan karta göndər» deyən obyektləri - 6 000 MANAT CƏRİMƏ GÖZLƏYİR
Bu barədə Türkiyənin Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək elan edib. O bildirib ki, bütün biznesmen və müəssisələr yeni nəsil ödəniş qeyd cihazlarından istifadə etməli və debet kartı və ya kredit kartı ilə ödəmə fürsəti təqdim etməlidir, əks halda cərimə qaçılmaz olacaq.
Nazir kartla ödəniş zamanı vergi və rüsum tutulduğuna görə, obyektlərin müştərilərdən daha artıq ödəniş tələb etməsin də yolverilməz sayıb. Onun sözlərinə görə, bank faizləri son vaxtlar azalaraq 2%-dən aşağı düşüb.
«Qanuna edilən son dəyişikliklə sözügedən cəza məbləği 200 min lirəyə qaldırıldı. Bu məbləğ hər il yenidən qiymətləndirmə dərəcəsi ilə artırılacaq» -deyə nazir qeyd edib.