FED.az xəbər verir ki, mövzunu “Business Service Centre” şirkətinin maliyyə işləri üzrə mütəxəssisi Qafur Ağabəyov şərh edir.
ƏDV-nin əvəzləşdirilməsini gecikdirmək olarmı?
Vergi Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi istisna olmaqla Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan şəxslər torpaq vergisinin ödəyiciləridir. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri torpaq vergisinin vergitutma obyekti sayılır.
Vergi Məcəlləsinin 206.3-cü maddəsinə əsasən, bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur:
|
Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla) |
Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla) |
||
|
10.000 m²- dək olduqda |
10.000 m²- dən yuxarı olan hissə üçün |
10.000 m²- dək olduqda |
10.000 m²- dən yuxarı olan hissə üçün |
Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri |
10 |
20 |
0,6 |
1,2 |
Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri |
8 |
16 |
0,5 |
1,0 |
Digər şəhərlər və rayon mərkəzləri |
4 |
8 |
0,3 |
0,6 |
Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər |
2 |
4 |
0,1 |
0,2 |
Torpaq vergisi bəyannaməsinin təqdim edilməsi ilə bağlı dəyişikliklərdən sonra Vergi Məcəlləsinin 208.2-ci maddəsinə görə torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayıb hesabat ilindən sonrakı il yanvarın 31-dən gec olmayaraq bəyannaməni vergi orqanına verməlidirlər. Fiziki şəxslərə isə torpaq vergisi torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən müvafiq ərazinin bələdiyyəsi tərəfindən hər il iyulun 1-dək hesablanmalı və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılmalıdır.
Misal 1: Qusar rayonunda 2.000 m² həyətyanı torpaq sahəsi olan fiziki şəxs nə qədər torpaq vergisi ödəməlidir?
Vergi qanunvericiliyinə əsasən ,10.000 m² qədər olan həyətyanı torpaq sahəsinin vergi dərəcəsi 0,3 manat müəyyən olunub. Buna əsasən, həmin fiziki şəxsin vergi öhdəliyi 6 manat təşkil edir:
2.000 x 0,3% = 6 manat.
Torpaq vergisi bəyannaməsinin təqdim edilməsi ilə bağlı dəyişiklik nəticəsində müəyyən olunub ki, torpaq vergisi bəyannaməsi cari il üçün həmin ilin may ayının 15-ə kimi təqdim edilməli idi. Bu da ümumi olaraq vergitutma və vergilərin hesablanmasında vergi ödəyiciləri üçün çətinliklər törədirdi. Artıq bu çətinlik aradan qaldırılıb. Yəni, mənfəət vergisi, əmlak vergisi bəyannamələrinin təqdim edilməsi qaydalarına uyğun olaraq torpaq vergisi bəyannaməsi də il başa çatdıqdan sonra növbəti ilin 31 yanvarına kimi təqdim ediləcək.
Vergi Məcəlləsinin 208.5.1-ci maddəsinə əsasən, müəssisələr tərəfindən torpaq vergisi üzrə cari vergi ödənişləri 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq bərabər məbləğlərdə ödənilir. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/2 hissəsini təşkil edir.
Misal 2: Hesab edək ki, “AA” MMC-nin 2023-cü il üzrə torpaq vergisi bəyannaməsinə görə vergi məbləği 7.000 manat olub. Cari torpaq vergisi şəxsi vərəqəyə hansı qaydada yazılacaq?
Deməli, 2024-cü ilin 15 avqust tarixinə kimi 3.500 manat cari torpaq vergisi borcu kimi və 15 noyabradək 3.500 manat cari torpaq vergisi kimi şəxsi vərəqəyə yazılacaq və şirkət bunları ödəməlidir.
Vergi Məcəlləsinin 208.5.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin hesabat dövründə torpaq sahəsinə mülkiyyət hüququ, habelə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan icarə və ya digər əsaslarla istifadə hüququ yarandıqda və ya bu hüquqa xitam verildikdə, həmin torpaq sahəsinə münasibətdə vergi məbləğinin hesablanması bu torpaq sahəsinin vergi ödəyicisinin mülkiyyətinə (icarə və ya digər əsaslarla istifadəsinə) keçdiyi aydan sonrakı aydan etibarən mülkiyyətində (icarə və ya digər əsaslarla istifadəsində) olduğu ayların sayına mütənasib olaraq aparılır.
Misal 3: Hesab edək ki, müəssisə 2024-cü ilin iyun ayının 20-də Sumqayıt şəhəri üzrə 2.000 m² sənaye təyinatlı torpaq sahəsi alır. Həmçinin, iyul ayının 10-da 1.000 m² tikinti təyinatlı torpaq sahəsini satır. Şirkətin vergi hesablamaları və bəyannamə məlumatları necə olacaq?
20 iyun 2024-cü ildə alınan və 10 iyulda satılan torpaq sahəsinin hesablanması aşağıdakı kimi olacaq:
Alınan 2.000 m² torpaq sahəsinin vergisi 80 manat olacaq:
(2000 : 100) x 8)) : 12 x 6 = 80 manat.
Satılan 1.000 m² torpaq sahəsinin vergisi:
((1000 : 100) x 8)) : 12 x 5 = 33,33 manat.
Satılan torpaq sahəsinin vergisi 33,33 manat azaldılacaq.
Şirkətin 2024-cü ilin torpaq vergisi bəyannaməsində aşağıdakı rəqəm qeyd ediləcək:
80 - 33,33 = 46,67 manat.