2024-cü ilin yanvar ayında bizə təqdim olunmuş elektron qaimə-fakturanın əsas məbləği bank hesabına, ƏDV məbləği isə ƏDV depozit hesabına ödənilib. Ödənilən ƏDV məbləğini əvəzləşdirmək hüququmuz yanvar ayında yaransa da, biz mart ayında müraciət etmişik. Belə olan halda hər hansı bir qanun pozuntusunun olub-olmadığını aydınlaşdırmaq istəyirik.
Bu il vergi ödəyicilərinin büdcəyə olan borcları 500 milyon manatdan çox artıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, Vergi Məcəlləsinin 166-cı maddəsi ƏDV tutulan əməliyyatların aparıldığı vaxtı müəyyən edir. Məcəllənin 174.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq, hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur.
Vergi ödəyicisi əvəzləşdirməni bu hüququn yarandığı ayda həyata keçirməlidir. Vergi ödəyicisi ödəmələri yanvar ayındakı elektron qaimə-faktura üzrə həyata keçirdiyi üçün əməliyyatları həmin ayın ƏDV bəyannaməsində qeyd etməlidir. Əgər vergi ödəyicisi həmin əməliyyatı yanvar ayının bəyannaməsində nəzərə almayıbsa, o zaman mart ayında yanvar ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim etməlidir.
Ətraflı məlumat əldə etmək üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.