Torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb edilməyəcək.
Azərbaycanda avtobus istehsalı ƏDV və gömrük rüsumlarından azad ediləcək
FED.az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov "Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində mühüm addımlar atılmaqdadır:
"Bu addımlardan biri kimi torpaq sahələri üzrə icarənin ƏDV-yə cəlb edilməməsini qeyd edə bilərəm.
Hüquqi şəxslər tərəfindən torpaq icarəsinə görə əldə edilən icarə haqqı ƏDV-dən azad edilir. Eyni zamanda, ƏDV-nin vergitutma obyekti ilə bağlı Vergi Məcəlləsinin normaları arasında uzlaşdırma aparılır".
"Qeyd edim ki, fiziki şəxslər tərəfindən torpaqların icarəyə verilməsi qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir. Bu səbəbdən icarə haqqı ƏDV-yə cəlb edilmir", - deyə o əlavə edib. (Trend)