“İstehsaldan son istehlaka qədər məhsullar sənədləşdirilməlidir”.
Eləcə də bax: Gələn ildən tibbi xidmətlərə görə ödənilən ƏDV-ni geri almaq - MÜMKÜN OLACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin İdarə rəisi Nicat İmanov deyib.
O bildirib ki, ƏDV ödəyicisi olmayan digər subyektlərin də məlumatları vergi orqanlarına veriləcək: “Artıq uzun müddətdir, vergi orqanları tərəfindən vergi uçot sənədlərinin elektronlaşdırılması prosesi gedir. İlkin uçot sənədlərinin elektronlaşdıırlması siyasəti riskli vergi ödəyicilərinin sayını minimuma endirəcək. ƏDV-nin qaytarılması mexanizminin tibbi xidmətlərə də aid edilməsi, eyni zamanda ƏDV-nin qaytarılması mexanizminin avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışına aid edilməməsi nəzərdə tutulur. Əhalinin bu layihəyə geniş marağı var. Bu dövr ərzində əhaliyə 119 milyon manat geri qaytarılıb. Vergidən yayınan sahələrdən biri də tibb xidmətləridir. Tibb xidmətləri kifayət qədər baha olduğuna görə bu sahəyə də ƏDV-nin qaytarılması mexanizminin aid edilməsi nəzərdə tutulur. Tütün məmulatları və alkoqollu içkilərin alışının ƏDV-nin qaytarılması mexanizminə aid edilməməsi isə bu sahədə sui-istifadə hallarının qarşısını almağa hesablanıb”.