Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun layihəsi Milli Məclisdə müzakirə olunur.
Azərbaycanın regionlarındakı hotellərin əmlak vergisi - 75% AZALDILIR
Azərbaycanda bu spirtli içkilərin aksiz vergisi - 20% ARTIRILIR
Mikro sahibkarlar üzrə vergi güzəşti ləğv edilir - 20 FAİZ VERGİ ÖDƏNİLƏCƏK
Azərbaycanda vergi ödəyicilərinə borcunu ödəmək üçün - VAXT VERİLƏCƏK
Yük daşıma ilə məşğul olan şəxslər üçün – VERGİLƏR ARTIRILIR – MƏCƏLLƏYƏ DƏYİŞİKLİK
FED.az xəbər verir ki, “Bizcon Audit” MMC-nin direktor-auditoru Anar Bayramov bildirib ki, Vergi Məcəlləsinə nəzərdə tutulmuş dəyişikliyə əsasən, 2024-cü ildən hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyənin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılır:
"Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır. Məsələn, klinikanın göstərdiyi hər hansı tibbi xidmətin dəyəri ƏDV daxil 1180 manatdır. Müştəri POS-terminal ilə 1180 manatı klinikaya ödəyir. Lakin klinika aylıq ƏDV bəyannaməsi təqdim edərkən vergi tutulan dövriyyə kimi 500 manat qeyd edəcək və 90 manat ƏDV-ni büdcəyə hesablayıb ödəyəcək.
Digər bir mühüm məqam isə vətəndaş tərəfindən ödənilən 180 manat ƏDV-nin ancaq 90 manat hissəsinin klinika tərəfindən büdcəyə ödənilməsidir. Digər 90 manat klinikanın gəliri hesab edilir. Lakin nəzərdə tutulmuş dəyişikliyə əsasən vətəndaşdan alınıb büdcəyə ödənilməyən və klinikanın sərəncamında qalan ƏDV məbləği bir gəlir kimi mənfəət vergisindən (fiziki şəxslərdə gəlir vergisindən) azad ediləcəkdir. Dövriyyənin azaldılması yalnız əhaliyə göstərilən xidmətlər üzrə formalaşan dövriyyəyə tətbiq edilir və nağdsız ödəniş nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır".