İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (əvvəlki Vergilər Nazirliyi) Maliyyə təşkilatlarının audit şöbəsinin yeni müdiri təyin edilib.
Eləcə də bax: Təyinat – “Rabitəbank”dan “AFB Bank”a - TRANSFER OLUB
FED.az Banker.az-ıa istinadən xəbər verir ki, bu Namiq Qiyasov Tofiq oğludur. O, artıq yeni vəzifəsinin icrasına 2019-cu ilin dekabrından başlayıb.
Eləcə də bax: Beynəlxalq Bank-da daha bir - TƏYİNAT - FOTO
N.Qiyasov buna qədər, “Azsığorta” ASC-nin Baş mühasibi və Baş maliyyə inzibatçısının müavini kimi çalışırdı.
Bundan əlavə, “Deloitte Azerbaijan” MMC, “Gilan Holdinq” MMC və “Axa MBASK” kimi şirkətlərdə çalışıb.
Qafqaz Universitetinin məzunudur.