Vergi Məcəlləsinə əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergiödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi, 2026-cı il yanvarın 1-dən isə 7 il müddətində aylıq gəlirin 5 faizi həcmində hesablanaraq ödənilir.
Vergi və sosial sığorta haqlarını ödəməkdən yayınmaya görə - CİNAYƏT MƏSULİYYƏTİ - VİDEO
Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, qeyd olunanlara əsasən, texnologiyalar parkının rezidenti statusu hüququ əldə etmiş sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərdə bu fəaliyyətin məqsədləri üçün çalışan bütün muzdlu işçilərinə ödənilən əmək haqlarından gəlir vergisi və məcburi dövlət sosial sığorta haqları güzəştli dərəcələrlə hesablanıb ödənilir.
Həmçinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığortaolunan hər il yanvar ayının 15-dək öz seçimi barədə yazılı məlumatı sığortaedənə təqdim edir və təqvim ilinin sonunadək həmin seçim dəyişdirilmir.