"Azərbaycanda gələn il üçün nəzərdə tutulan güzəştlərin 50 %-i əlavə dəyər vergisi (ƏDV) ilə bağlıdır".
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Tahir Mirkişili bildirib.
Eləcə də bax: Əhaliyə qaytarılan ƏDV-nin həcmi - ARTIRILACAQ
"Bu da dövlətin sosial siyasət həyata keçirdiyini göstərir", - deyə o, qeyd edib.
Bundan başqa, deputat bildirib ki, bu il Azərbaycanda təxminən 130 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunması gözlənilir ki, bu da ölkə tarixinin ən yüksək göstəricisidir. (Report)