2023-cü ilin yanvar-noyabr ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4,6 milyard manatdan çox olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9 faiz və ya 565,2 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq 3 milyard manatdan çox olub.
Torpaq payı olan vətəndaşlar da işsizlikdən sığorta ödənişi - ALA BİLƏCƏK
FED.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 15,2 faiz artaraq 163,6 milyon manat, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 16,4 faiz artaraq 121,2 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz artıb və 842 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17 faiz artaraq 593,3 milyon manat təşkil edib.