Bu ilin yanvar-avqust ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 374,4 milyon manat olub.
7 ayda pensiya ödənişlərinə - 3,3 MİLYARD MANAT YÖNƏLDİLİB
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz və ya 425,8 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən 15,6 faiz artaraq 2 milyard 179,8 milyon manat təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz artaraq 119,1 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,5 faiz artıb və 87,9 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz artaraq 609,7 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,2 faiz artıb və 428,1 milyon manat təşkil edib.