2023-cü il ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5,2 milyard manata yaxın olub. Bu mənbədən daxilolmalar 2022-ci illə müqayisədə 13,3 faiz və ya 610,5 milyon manat artıb.
FED.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar əvvəlki ilə nisbətən 15,1 faiz artaraq 3,3 milyard manatdan çox təşkil edib.