“Dövət Vergi Xidməti 2020-ci ildən “Ümid İnşaat” MMC-nin ƏDV hesabını bloklayıb. Səbəb kimi isə maliyyə əməliyyatını riskli əməliyyat hesab etməsidir. Şirkət məhkəməyə müraciət edib və qalib gəlsə də, hələ də hesabına qoyulan blok götürülməyib”.
Eləcə də bax: Sabiq məhkəmə hakimi 214 min manat - Rüşvət Almaqda Təqsirləndirilir
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Ümid İnşaat” MMC-nin nümayəndəsi Əziz Məmmədli bildirib ki, “Ümid İnşaat” MMC həm birinci instansiya, həm apellyasiya, həm də Ali Məhkəmədə qalib gəlib: “Məhkəmələr şirkətin lehinə qərar verilib ki, “Ümid İnşaat” MMC-nin hesabı blokdan çıxarılsın. İş bu ilin may ayında yekunlaşıb, amma buna baxmayaraq maydan oktyabradək 5 ay keçsə də, vergi orqanı bunu icra eləmir. Bununla bağlı müxtəlif orqanlara o cümlədən, məhkəməyə müraciət olunub, lakin, qarşı tərəf məhkəməyə yanlış məlumat təqdim edib ki, guya şirkətin ƏDV hesabında hər hansı məhdudiyyət mövcud deyil. Halbuki faktiki olaraq 2020-ci ildən bəri hesabımız blokdadır və indiyə qədər də açılmayıb”.
Ə. Məmmədli bildirib ki, Dövlət Vergi Xidməti tərəfindən yalnız bəzi funksiyalarda məhdudiyyət götürülüb, amma əsas funksiyalar yenə də blokda qalır: “Məhkəmə qərarı olsa da, vergi orqanı onu heçə sayaraq icra eləmir”.
Problemlə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanlasaq da, cavab ala bilmədik.