Xəbər verildiyi kimi, bu gün, aprelin 5-də Nazirlər Kabineti özünün “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarında dəyişiklik edib.
FED.az xəbər verir ki, qərara əsasən müxtəlif tütün məhsulları və siqaretlər üçün aksiz vergisinin dərəcəsi artırılıb. Beləliklə,
tərkibində tütün olan siqarillalar (mal mövqeyi 2402 10 000 9) – 1000 ədəd üçün aksiz vergisi 31 manatdan 43 manata qaldırılıb.
tərkibində tütün əvəzləyicisi olan siqarillalar (mal mövqeyi 2402 90 000 3) – 1000 ədəd üçün aksiz vergisi 31 manatdan 43 manata qaldırılıb.
tərkibində tütün olan siqaretlər (mal mövqeyi 2402 20) – 1000 ədəd üçün aksiz vergisi 39 manatdan 43 manata qaldırılıb.
elektron siqaretlər üçün maye (mal mövqeyi 2403 99 900 1) – 1 litr üçün aksiz vergisi 20 manatdan 100 manata qaldırılıb.
Bundan başqa, indiyədək aksiz vergisinə cəlb olunmayan bəzi tütün məhsulları da qərara əsasən aksizli mallar arasında daxil edilib və onlar üçün vergi dərəcəsi müəyyən edilib.
Belə ki,
- istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər,
- “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər,
- çeynənilən və ya buruna çəkilən tütünlər,
- qəlyan üçün tütünlər üçün aksiz vergisi 1 kq üçün 30 manat müəyyən edilib.
Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları üçün aksiz vergisi 1000 ədəd üçün 12,9 manat müəyyən edilib.