Banner

Vergilər

Sığorta və təkrar sığorta əməliyyatları hansı hallarda ƏDV-dən azaddır?

Sığorta və təkrar sığorta əməliyyatları hansı hallarda ƏDV-dən azaddır? | FED.az
16:14 12 İyun 2021

Vergi Məcəlləsinin müvafiq maddəsinə görə, sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətlərinə aid edilməklə ƏDV-dən azaddır.

FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qeyd edilənlərə əsasən, qeyri-rezident olan sığorta şirkəti tərəfindən rezident şəxsə sığorta əməliyyatları üzrə xidmətlər göstərildiyi halda, həmin xidmətlərə görə ödənilən haqq ƏDV-yə cəlb olunmur.

Həmçinin ƏDV məbləğinin geri qaytarılması ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə aidiyyəti üzrə banka müraciət etmək tövsiyə edilir.(Azərtac)

Banner
Banner

Digər xəbərlər