İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.
Bu il vergi ödəyicilərinin büdcəyə olan borcları 500 milyon manatdan çox artıb
FED.az xəbər verir ki, Dövlət Vergi Xidməti tərəfindən təşkil edilmiş növbəti belə görüş “Azərbaycan Sığortaçılar Assosiasıyası” İctimai Birliyi və aparıcı sığorta şirkətlərinin nümayəndələri ilə onlayn formatda keçirilib. Görüşdə sahənin inkişaf potensialı, qanunvericilik və inzibatçılıq sahəsində mövcud çətinliklər müzakirə edilib, dövlət tərəfindən təşviq mexanizmləri və vergi güzəştlərinin verilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Dövlət – biznes əməkdaşlığının inkişaf etdirilməsi və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi məqsədilə belə görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.