İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.
Sərnişin və yük daşınması ilə məşğul olan sahibkarlar hansı halda - Əmlak Vergisindən Azaddır?
DVX-dan FED.az-a verilən məlumata görə, növbəti görüş xidmətin Vergi siyasəti baş idarəsi və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan aparıcı vergiödəyicilərinin nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib. Görüşdə sahə üzrə fəaliyyət göstərən vergiödəyicilərinin qarşılaşdıqları çətinliklər və onların həlli istiqamətində təkliflər müzakirə edilib, nağdsız hesablaşmaların aparılması və qanunvericilikdə mövcud olan vergitutma mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə səsləndirilən məsələlərlə bağlı müvafiq izahatlar verilib, iştirakçıların sualları cavablandırılıb. Sahibkarlar tərəfindən verilən təkliflərin diqqətdə saxlanılacağı və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib.