Rəssamların kolleksiyalarına mütəmadi baxış keçirilməli, nazirlik tərəfindən lazımi nümunələr alınmalıdır.
Mikro sahibkarlar üzrə vergi güzəşti ləğv edilir - 20 FAİZ VERGİ ÖDƏNİLƏCƏK
FED.az xəbər verir ki, bunu sənətşünas Rəfael Gülməmmədov ölkəmizdə ilk dəfə keçirilən "Mədəni İrs" Forumunda panel müzakirə zamanı çıxışında deyib.
"Məsələn, bu il vəfat edən görkəmli rəssamımız Fazil Nəcəfin irsi indi onun övladlarının, bir növ, ixtiyarındadır. Mən hesab edirəm ki, biz bu irsə yiyə durmalıyıq. Demirəm, hamısı alınsın, yox. Lakin bunun üçün komissiya təşkil etmək olar, o komissiya emalatxanada rəssamın irsinə baxış keçirib lazımi qiyməti vermək üçün addım ata bilər", - sənətşünas deyib.
Rəfael Gülməmmədov sənət adamlarının bəzi vergi rüsumlarından azad olunmasını təklif edib: "Düşünürəm ki, ərzaq alan adamla sənət naminə, sənətşünaslıq naminə nəyisə alan adam arasında vergi məsələsində fərq olmalıdır". (Apa)