Məlum olduğu kimi, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və sənaye sahələrinin inkişaf etdirilməsində mühüm istiqamətlərdən biri də ölkənin ayrı-ayrı şəhərlərində sənaye məhəllələrinin yaradılmasıdır.
Azərbaycanda bazarlara vergi nəzarəti gücləndirilir - VİDEO
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, mikro, kiçik və orta sahibkarlığın inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Vergi Məcəlləsinə son dəyişikliklərdə həmin məhəllələrin inkişafının dəstəklənməsi məqsədilə bir sıra stimullaşdırıcı tədbirlər nəzərdə tutulub.
Belə ki, Vergi Məcəlləsinə edilmiş dəyişiklikdə dövlət tərəfindən yaradılan sənaye məhəllələrinin ərazisində istifadə etdikləri torpaq sahələrinə və həmin ərazidə yerləşən əmlaklarına görə idarəedici təşkilatlar və operatorlar torpaq və əmlak vergilərindən azad olunublar. Bu güzəştlər sənaye parkları üzrə idarəedici təşkilatlara və operatorlara münasibətdə müəyyənləşdirilmiş stimullaşdırıcı tədbirlərlə eynilik təşkil edir.
Əmlak və torpaq vergiləri üzrə güzəştlər sənaye məhəllələrinin idarəedici təşkilatları və operatorlarının maliyyə dayanıqlılığına müsbət təsir göstərəcək.