İctimai iaşə xidməti göstərən şəxsə 3-cü şəxs məhsulunun satışına görə komissiya haqqı ödəyir. Həmin ödəniş ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşmiş vergi ödəyicisinin sair gəliri kimi tanına bilərmi? Komissiya haqqından gələn gəlir 8 faiz dərəcə ilə sadələşmiş vergiyə cəlb edilən dövriyyə hesab edilirmi?
Eləcə də bax: Sahibkarlıq fəaliyyəti olmayan vergi ödəyicisi hesabat dövründə - NƏ ETMƏLİDİR?
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, ictimai iaşə fəaliyyəti ilə yanaşı, digər fəaliyyət növü ilə məşğul olan və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan şəxslərin 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi tutuma metodunu tətbiq etmək hüququ Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
Bununla yanaşı, həmin şəxslər vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduğu halda gəlir (mənfəət) vergisinin ödəyicisi kimi fəaliyyət göstərir. Bu zaman göstərdikləri xidmətlərə görə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilmiş xərclər çıxıldıqdan sonra qalan fərqdən gəlir (mənfəət) vergisi hesablanıb ödənilir.
Əsas: Vergi Məcəlləsinin 104.1-ci, 218.1.2-ci maddələri.