Sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi istiqaməti üzrə Vergi Məcəlləsində mühüm dəyişikliklər edilib.
Eləcə də bax: Azərbaycanda vergi bəyannamələri təkmilləşdirilir
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, həmin dəyişikliyə əsasən, elektron vergi hesab-fakturası və elektron qaimə-faktura vahid sənədlə, yəni elektron qaimə-faktura ilə əvəz olunacaq.
Həmçinin vergi orqanında uçotda olmayan şəxslərdən alınmış mallara görə tərtib edilən “Malların alış aktı”- ciddi hesabat blankı elektronlaşdırılacaq. Agent qaydasında aparılan əməliyyatlar üzrə sənədləşmənin çevik tənzimlənməsi aparılacaq.