FED.az xəbər verir ki, bu suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirib.
Eləcə də bax: Şadlıq saraylarına sifarişlərin sayı kəskin azalıb - QİYMƏT ARTIB
Vergi Məcəlləsinin 109.4-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, müvafiq olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır.
Misal 1: Tutaq ki, şadlıq sarayı toy məclisinin aparılması üçün müğənniyə 2.000 manat ödəniş edir. Həmin məbləğin şadlıq sarayı tərəfindən gəlirdən çıxılmasına icazə verilir.
Misal 2: “AA” MMC ictimai iaşə müəssisəsi olan restorandır və yeməklərin bişirilməsi üçün aşpazla xidmət müqaviləsi bağlayaraq ona 1.500 manat ödəniş edir. Bu halda aşpaz xərci gəlirdən çıxılan xərclərə aid ediləcək. Çünki “AA” MMC sahibkarlıq fəaliyyətinə uyğun olaraq aşpaz xidmətindən istifadə etməlidir. (Vergilər.az)