Avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslər, idman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcıları, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslər, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər, vergini aylıq sabit dərəcəyə müvafiq əmsallar tətbiq edilməklə məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı ilə birlikdə ödəyən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir.
Dövlət Xidməti vergidən yayınan şirkətlərin faktiki rəhbərlərini - AŞKAR EDƏCƏK
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu şəxslər hər il aprel ayının 20-dən gec olmayaraq, “Sadələşdirilmiş verginin bəyannaməsi”ni və ya bu hüquqdan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim etməlidir. Bu halda seçilən metodun təqvim ilinin sonunadək dəyişdirilməsi hüququ olmur. Qeyd olunan müddətdə bəyannamə və ya yazılı məlumat təqdim edilmədikdə, vergi orqanı vergiödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir.