Sadələşdirilmiş verginin ödəyicisi kimi, mikro sahibkarlıq subyekti olmaqla, Bakı şəhərində geyim mallarının pərakəndə satışı ilə məşğulam. 2024-cü ilin 1-ci rübü üzrə hasilatım 10.000 manat olub. Fəaliyyətimlə bağlı xərclərim və sosial yüküm çox olduğundan qazancım xərclərimi ödəmir. Bilmək istərdim, Vergi Məcəlləsində bu fəaliyyətlə bağlı hər hansı vergi güzəşti nəzərdə tutulubmu?
Azərbaycanda 6 ayda vergi daxilolmaları 8 milyard manatı keçib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, Vergi Məcəlləsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədikləri rüblük məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi 2024-cü il 1 yanvar tarixindən 3 il müddətinə vergi ödəyicisinin rüb ərzində hesablanmış sadələşdirilmiş vergi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır.
Buna əsasən, 2024-cü ilin 1-ci rübü üzrə tərəfinizdən hesablanmış rüblük məcburi dövlət sosial sığorta haqqının 25 faizi rüb ərzində hesablanmış sadələşdirilmiş vergi öhdəliyindən çıxılmaqla yerdə qalan məbləğ dövlət büdcəsinə ödənilir:
86,25 x 25% x 3 = 64,69 manat;
(10.000 x 2%) - 64,69 = 135,31 manat.
Əsas: Vergi Məcəlləsinin 221.1-1-ci maddəsi